Ucuzlaşan və bahalaşan ərzaqların SİYAHISI


Digərləri 10 Dek 2018 19:56:00 223 0

Ucuzlaşan və bahalaşan ərzaqların SİYAHISI

Azərbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 2,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6 faiz artıb. Trend-in məlumatına görə, cari ilin noyabr ayında oktyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb. Ay ərzində düyü, un, qoyun əti, kolbasa məmulatları, balıq məhsulları, süd məhsulları, pendir və yumurta, kərə, zeytun və qarğıdalı yağları, banan, armud, xiyar, pomidor, badımcan, göy lobya, soğan, kartof, qəhvə, çay və kakao, tütün məmulatları və spirtli içkilərin qiymətlərində artım, manna və qarabaşaq yarması, makaron məmulatları, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, kələm, göyərti, çuğundur, yerkökü və sarımsağın qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.