“Azərbaycanın İntellektual Birincisi”


Kriminal 10 Dek 2018 19:12:00 305 0

“Azərbaycanın İntellektual Birincisi”

"İrəli" İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin 3-cü mövsümünə dekabrın 8-də yekun vurulub.

Son.az Trend-ə istinadən bildirir ki, ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan final mərhələsi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə çıxış edərək belə layihələrin həyata keçirilməsinin gənclərin inkişafında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənclərin intellektual oyunlarda iştirakı onların zehni inkişafına, bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir.

"İrəli" İctimai Birliyiin sədri MirHəsən Seyidov çıxış edərək bildirib: "Bu kimi intellektual yarışların keçirilməsi gənclərin bilik və bacarıqlarını sərgiləməsinə böyük töhfə və təkan verir. Məhz  Azərbaycanda yeni nəslin  elmə olan inkişafını vurğulamaq istəyirəm. Ötən illərlə müqayisədə gənclər təhsil almağa daha çox meyl göstərır. Bu da ölkə başçısının elm işçilərinə , təhsilə, sağlam və intellektual gənclərin olması üçün apardığı uğurlu siyasətin nəticəsidir. Doğma diyarımızın hər bir bölgəsindən olan gənclər öz biliklərini yoxlamaq üçün bizim yarışmaya qatıldılar. Mən bütün layihə iştirakçılarını təbrik edirəm. İnanıram ki, bu gənclər ölkəmizi xaricdə təmsil edəcək insanlar olmaqla yanaşı, bütün Azərbaycan gəncliyinə bir stimul olacaqlar. Biz də bir təşkilat olaraq Azərbaycan gənclərinə və gəncliyinə hər zaman dəstək olmuşuq və olacağıq."

Sədr onu da qeyd edib ki,  "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi öz əksini tapır. "Azərbaycan İntellektual Birİncisi" layihəsi Dövlət Proqramının alt sənədinə uyğun olaraq həyata keçirilib. Bildirilib ki, Azərbaycanın bütün regionlarını əhatə edən layihənin məqsədi ölkə gənclərinin maarifləndirilməsi və intellektual potensiallarının qiymətləndirilməsi olub. Sədr çıxışının sonunda qeyd edib ki, növbəti il layihələrimizi işğal altında olan torpaqlarımızda həyata keçirəcəyimizə ümid edirik.