Heydər Əliyev Mərkəzində XocalıGədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub


Kriminal 10 Dek 2018 18:55:00 389 0

Heydər Əliyev Mərkəzində XocalıGədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub

Heydər Əliyev Mərkəzində erkən dəmir dövrünə aid bəzək əşyalarının təqdimatı olub.

Son.az bildirir ki, Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, eksponatlar Mərkəzdəki "Azərbaycan inciləri: tarixin axarında" sərgisində nümayiş etdiriləcək.

Bəzək əşyaları Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə-Qazax bölgəsində apardığı arxeoloji kəşfiyyat işləri zamanı aşkar olunub. Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində 52 ədəd qızıl məmulatı - yüksək ustalıqla hazırlanmış bir cüt sırğa, üzük, yarpaqşəkilli və boruşəkilli muncuqlar, asma bəzək əşyaları tapılıb.

Tapıntılar Azərbaycanın qədim tarixində mühüm bir mərhələni təşkil etmiş Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin son mərhələsinə aiddir.

Həmin mərhələ arxeoloji dövrləşmədə (eradan əvvəl II minilliyin ikinci yarısı - I minilliyin əvvəlləri) son tunc - erkən dəmir dövrü adlandırılır.


Xəbərə aid fotolar