19 yaşında tarixə düşdü


İdman 10 Dek 2018 18:35:00 274 0

19 yaşında tarixə düşdü

Milan-ın qolkiperi Canluici Donnarumma İtaliya A Seriyası tarixinə düşüb.

Goal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 15-ci turda Torino-yla keçirilən matçda da “çərçivə”ni qoruyan Donnarumma, A Seriyasında ardıcıl 100-cü oyununa çıxıb. Sözügedən qarşılaşmada sona qədər meydanda qalan 19 yaşlı qolkiper, A Seriyasında ardıcıl ən çox oyun keçirən qapıçı olub.

Milan - Torino matçı qolsuz bərabərliklə nəticələnib.