Xaçmazda yol qəzalarında 2 piyada ölüb


Digərləri 10 Dek 2018 18:27:00 265 0

Xaçmazda yol qəzalarında 2 piyada ölüb

Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bakı. Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 9-da saat 20 radələrində Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində Quba rayon sakini Abdulla Abdullayev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən həmyerlisi Ədalət Nəsirovu vurub və nəticədə piyada hadisə yerində ölüb.