“Evə girəndə kişi kimi girirdim” Rayondan qaçıb 6 dəfə həbs olunan məhkum


Digərləri 10 Dek 2018 17:48:00 298 0

“Evə girəndə kişi kimi girirdim”  Rayondan qaçıb 6 dəfə həbs olunan məhkum

Son.az xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramı növbəti buraxılışında 6 dəfə həbs olunan məhkum Rüfiz Rüstəmovdan bəhs edib.

Rüfiz Rüstəmov - Məhkum: "2010-cu ildə evlənmişəm. Atam polis işçisi olub, anam da müəllim olub. Masallı rayonunda böyümüşəm. 9-cu sinifə kimi oxumuşam. Tüfeyli həyat yaşayanlara qoşuldum. Valideynlərim rayona aparandan sonra, Bakıya qaçdım. Bunları tapdım. 1-ci dəfə tutulanda 15 yaşım var idi. 2 nəfər evə girmişdi, mən də qapıda durmuşdum. Bizi bir yerdə tutdular. Birinci dəfə əfv olundum. Hakimin katibəsi mənə pul verdi ki, evə get. Mən də getmədim. Yenidən özümə dost tapdım və avaralıq etdim. 37 maşına ziyan vurduq. Qırmızı maşın var idi. Dedik ona da girək. Orda da polis var imiş. Maşına girəndə polis tutdu. Onda 6-7 ay yatdım. Valideynlərim də cəriməni ödədi".

Məhkum daha sonra növbəti dəfə Bakıya qaçıb, tutulmağından da danışıb:


Xəbərə aid foto