Daha bir dələduza 11 il həbs cəzası verildi


Kriminal 10 Dek 2018 17:32:00 268 0

Daha bir dələduza 11 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı, "Qarabağ" sudan istifadə edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Səlimov 11 il azadlıqdan məhrum edilib.