Vaqif Əsədov Prezidentin fəxri diplomu ilə təltif edilib


Siyasət 10 Dek 2018 17:19:00 345 0

Vaqif Əsədov Prezidentin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev V.F.Əsədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Vaqif Firudin oğlu Əsədov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsin.