Ceyhun Topçubaşova Prezidentin fərdi təqaüdü verilib


Siyasət 10 Dek 2018 17:21:00 370 0

Ceyhun Topçubaşova Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev C.M.Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ceyhun Mustafa oğlu Topçubaşova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.