Dələduzluqda təqsirləndirilən iş adamına 11 il həbs cəzası verildi


Digərləri 10 Dek 2018 16:43:00 188 0

Dələduzluqda təqsirləndirilən iş adamına 11 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı, "Qarabağ” Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı, "Qarabağ” sudan istifadə edənlər Assosiasiyasının direktoru vəzifəsində işləmiş Telman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.