SOCARın karbamid zavodu layihəsinin maliyyələşdirilməsinin TƏFƏRRÜATLARI məlum olub


Digərləri 10 Dek 2018 16:36:00 422 0

SOCARın karbamid zavodu layihəsinin maliyyələşdirilməsinin TƏFƏRRÜATLARI məlum olub

Bugünədək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbamid zavodunun tikintisi üçün ayrılmış kredit məbləğindən 360 milyon avro istifadə olunub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə zavodun direktoru Xəyal Cəfərov deyib.

X.Cəfərov bildirib ki, layihə 2015-ci ilədək dövlət büdcəsi hesabına maliyyələşdirilib:

"Daha sonra maliyyələşmə mənbəyinin dəyişdirilməsi qərarı qəbul edildi və uğurlu danışıqlar nəticəsində SOCAR-la Cənubi Koreya İxrac-İdxal Bankı, Almaniyanın "Deutsche Bank", Fransanın "Societe Generale" və İtaliya-Avstriya birgə "Unicredit" bankları arasında 500 milyon avro dəyərində maliyyələşdirmə sazişi imzalandı. Bugünədək həmin məbləğin 360 milyonu istifadə olunub. İlin sonunadək bütün məbləğin istifadə olunacağı gözlənilir".