Ermənilərin Azərbaycan xalqına qarşı cinayət əməlləri ilə bağlı konfrans keçirilib (FOTO)


Digərləri 10 Dek 2018 16:17:04 408 0

Ermənilərin Azərbaycan xalqına qarşı cinayət əməlləri ilə bağlı konfrans keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə 10 dekabr-Ümumdünya İnsan Hüquqları Günü münasibətilə konfrans keçirib. Trend-in məlumatına görə, tədbir “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusuna həsr olunub. Konfrans iştirakçıları öncə Dövlət Komissiyasının hazırladığı və nəşr etdirdiyi, Ermənistan hərbçiləri və terrorçu-quldur dəstələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərini əks etdirən fotostend və əyani vəsaitlərlə tanış olublar. Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində xalqımıza məxsus maddi-mədəni irsi məhv etməsi yalnız ölkəmizə qarşı yönəlməyib. Bu, ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktıdır. O qeyd edib ki, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi-mədəniyyət nümunəsi yerlə-yeksan olunaraq bərbad vəziyyətə gətirilib. C.Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin, Хocalı soyqırımının, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiklərini vurğulayıb.