Premyer Liqamızdan Hazarda iki şərik


İdman 10 Dek 2018 15:55:00 258 0

Premyer Liqamızdan Hazarda iki şərik

UEFA-ya üzv olan ölkələrin çempionatlarında ən çox qol vuran futbolçuların tam siyahısı açıqlanıb.

Goal.az xəbər verir ki, cədvələ yaz-payız sistemi ilə keçirilən çempionatların 2018, payız-yaz sistemlilərdə isə davam etməkdə olan 2018/19 mövsümünün nəticələri əksini tapıb.

Avropanın bombardirləri siyahısına “Nomme Kalyu”nun hücumçusu Liliu başçılıq edir. O, Estoniya çempionatında 31 qol vurub.

Topaz Premyer Liqasında bombardirlər siyahısına şərikli başçılıq edən Mahir Mədətovla (“Qarabağ”) Baqali Dabo (“Neftçi”) liderlərdən çox uzaqda qərarlaşıb. Hərəyə 7 qol vuran təmsilçilərimiz ümumi sıralamada 172-ci yerə şərik olan 63 futbolçu arasında yer alıb.

Mahirlə Dabonun şərikləri arasında yetərincə məşhur simalar da var. Falkao, Eden Hazard, Mario Mancukiç, Antoni Marsial, Lorenso İnsinye, Aleksandr Lakazet, Aleksandar Mitroviç, Dris Mertens və Robin van Persi kimi ulduzlar da bu şəriklər sırasındadır.

matc.az