Ombudsman: "İnsan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır"


Digərləri 10 Dek 2018 15:33:00 294 0

Ombudsman: "İnsan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır"

Ümummilli lider Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra digər sahələrlə yanaşı insan hüquqları sahəsini də önə çəkdi və bütün fundamental hüquqlar Konstitusiyada öz əksini tapdı.

Son.az Trend-ə istinadən xəbər verir ki, insan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova Gənclər və İdman Nazirliyinin və Avropa Şurası Gənclər Departamentinin birgə təşkilatçılığı ilə "Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum"da deyib.

E.Süleymanova bildirib ki, insan hüquqları sahəsində problemlərdən biri də gender bərabərliyinin pozulmasıdır. Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir, maarifləndirmə işləri aparılır. E.Süleymanova qeyd edib ki, insan hüquqlarının pozulmasının mərkəzində dayanan əsas məsələlərdən biri də zorakılıqdır.