Bank Respublika istehlak kreditləri üzrə faiz dərəcəsini 18%ə endirdi


Digərləri 10 Dek 2018 15:25:00 705 0

Bank Respublika istehlak kreditləri üzrə faiz dərəcəsini 18%ə endirdi

Yeni il ərəfəsində ölkənin aparıcı banklarından biri olan Bank Respublika, hər zaman olduğu kimi, müştərilərini ənənəvi yeni il kampaniyası ilə sevindirdi! Belə ki, Bank, ilin sonunda xərclərini qarşılamaq və ya yeni ildə özlərini eləcə də yaxınlarını sevindirmək istəyənlər üçün "Hədiyyəli 18" adlı nağd kredit kampaniyasına start verib.

Kampaniya çərçivəsində Banka müraciət edən müştərilər nağd istehlak kreditini çox sərfəli şərtlərlə 18%-lə əldə etmək imkanı qazanacaq! Bundan başqa götürülən kreditin məbləğindən asılı olaraq müştərilərə ödənişsiz olaraq Visa və Mastercard kartları HƏDİYYƏ olunacaq!

Kreditin maksimal mәblәği 20 000 manat, müddәti isә 36 ay tәşkil edir. Rəsmi gəlirdən asılı olaraq 10 000 AZN-dək məbləğdə kredit zaminsiz də təqdim edilə bilər.