Akif Əlizadə: "Heydər Əliyev elmə böyük etimad göstərib"


Digərləri 10 Dek 2018 15:28:00 512 0

Akif Əlizadə: "Heydər Əliyev elmə böyük etimad göstərib"

"Alimlərimizin əməyini yüksək qiymətləndirən mərhum lider Heydər Əliyev elmə böyük etimad göstərib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan "Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət" mövzusunda keçirilən konfransda çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafı istiqamətində göstərdiyi diqqət və qayğıdan danışan A.Əlizadə akademiyanın yüksəlişində və elmin inkişafında ulu öndərin xidmətlərindən söz açıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tarixə ekskursiya edərək müxtəlif dövrlərdə ümummilli liderin dövlətin milli maraqlarının qorunması və milli şüurun inkişaf etdirilməsi, iqtisadi gücünün artması, ölkədə sosial-mədəni sferanın inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. Xalqımızın həyatında və tarixində müstəsna rolu olan dahi şəxsiyyətin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün məktəb olduğunu deyib.

Akademik ulu öndərin azərbaycançılıq təlimindən bəhs edib. Azərbaycan ədəbiyyatına və ədiblərinə verilən yüksək qiymətin mərhum liderin ədəbiyyat və incəsənətin inkişafına göstərdiyi qayğının bariz nümunəsi olduğunu söyləyib.