Prokuror 20 min dollara görə əmisi oğlunu bıçaqlayana cəza istədi


Digərləri 10 Dek 2018 15:02:18 664 0

Prokuror 20 min dollara görə əmisi oğlunu bıçaqlayana cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlamaqda təqsirləndirilən İsmayıl Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Vasif Hümbətov bildirib ki, İsmayıl Hümbətovla aralarında barışıq olub. Vasif Hümbətov əmisi oğluna həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib. Dövlət ittihamçısı İ.Hümbətova 5 il cəza istəyib.