Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir (FOTO)


Digərləri 10 Dek 2018 14:56:22 312 0

Paytaxtın “Abad məhəllə”lərində idman yarışları davam edir (FOTO)

“ABAD məhəllə” layihəsi çərçivəsində əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilən məhəllələrin sayı durmadan artır.

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında paytaxt Bakı şəhərinin bütün rayonlarında “ABAD məhəllə” layihəsi çərçivəsində əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilən məhəllələrin sayı durmadan artır. Bu məhəllələrdə sakinlərin istirahəti, eləcə də yeniyetmə və gənclərin idmana cəlb olunması üçün hər cür şərait yaradılıb, futbol, basketbol meydançaları və digər idman qurğuları quraşdırılıb. Trend-in məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxt rayonlarının Gənclər və İdman İdarələri tərəfindən Bakı şəhərindəki yeni salınmış məhəllələrdə uşaq və yeniyetmələr arasında mini-futbol və şahmat yarışları start götürüb, bu yarışlar məhəllə sakinləri arasında böyük marağa səbəb olaraq və rəğbətlə qarşılanıb. Bu ilin dekabr ayının əvvəlində Yasamal, Nizami, Nəsimi, Xəzər, Nərimanov, Sabunçu və Binəqədi rayonlarında başlanmış yarışlar qrafikə uyğun olaraq müxtəlif məhəllələrdə davam etdirilir. Eyni zamanda Qaradağ, Suraxanı, Səbail və Xətai rayonlarında da yarışların keçirilməsinə start verilib.