Dünyanın ən böyük silah istehsalçıları açıqlandı


Dünya 10 Dek 2018 14:40:00 523 0

Dünyanın ən böyük silah istehsalçıları açıqlandı

Rusiya Böyük Britaniyanı qabaqlayaraq 2017-ci il üzrə dünyada silah satışları baxımından ikinci yerə yüksəlib.

Son.az report-a istinadən xəbər verir ki, bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) tərəfindən nəşr olunan və dünyada hərbi istehsal və ixrac vəziyyətinə dair hesabatda göstərilir.

Statistikada 100 aparıcı istehsalçının məlumatları yer alıb. Pul ekvivalentində Top-100 şirkətin silah satışı həcmi 398,2 milyard ABŞ dolları təşkil edib. Bu isə 2016-cı ilə nisbətən 2,5%, 2002-ci ildəki göstəricidən isə 44% çoxdur.