Azərbaycan Qırğızıstanın keçmiş gömrük rəhbərinin ekstradisiyasına icazə verib


Siyasət 10 Dek 2018 14:49:00 302 0

Azərbaycan Qırğızıstanın keçmiş gömrük rəhbərinin ekstradisiyasına icazə verib

Azərbaycanın məhkəmə orqanları Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusovun həbsi və ekstradisiyasına sanksiya verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, A.Junusov bəzi prosedurların rəsmiləşdirilməsindən sonra Bişkekə göndəriləcək.

Qeyd olunur ki, A.Junusov Qırğızıstanı tərk etdikdən sonra ABŞ-da gizlənib və dekabrın əvvəli Bakıya gəlib.

O, dekabrın 4-ü Bakı aeroportunda saxlanılıb. A.Junusov avqustun 28-i beynəlxalq axtarışa verilmişdi.

O. vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.