Bakıda Beynəlxalq İnsan Hüquqları günü münasibətilə tədbir keçirilib


Digərləri 10 Dek 2018 14:31:00 623 0

Bakıda Beynəlxalq İnsan Hüquqları günü münasibətilə tədbir keçirilib

BMT-nin Azərbaycandakı nümayəndəliyi Beynəlxalq İnsan Hüquqları günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi münasibətilə Muzey Mərkəzində sərgi keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə dövlət qurumları, BMT, Milli Məclis, vətəndaş cəmiyyəti, akademik dairələr və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, 70 il öncə Fransada ilk Ümümdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulu ilə insan hüquqlarının bəşəriyyət səviyyəsində üstün olması təsdiq edilib və dilindən, dinindən, cinsiyyətindən asılı olmayaraq, hər kəsin azad hüquqlara malik olduğu bəyan edilib.

Sənədin 500-dən artıq dilə tərcümə edildiyini deyən Q.İshaqzai söyləyib ki, bəyannamə inqilabi təsirə malikdir: "Siyasi, mülki, sosial, iqtisadi sahədə insan hüquqlarının formalaşmasında sənəd bir baza rolunu oynayır. Bəyannamə beynəlxalq insan hüquqları üçün təməl yaradıb".

Sərgi haqqında fikirlərini bildirən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi söyləyib ki, tədbir həmçinin dünya ölkələrində gender zorakılığının dayandırılması istiqamətində həyata keçirilən fəaliyyətlə eyni dövrə təsadüf edir.