Arsenal - Qarabağ matçının hakimi açıqlandı


İdman 10 Dek 2018 14:31:00 288 0

Arsenal - Qarabağ matçının hakimi açıqlandı

Avropa Liqasının qrup mərhələsinin son təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, E qrupunda mübarizə aparan Qarabağ-ın İngiltərə Arsenal-ı ilə Londonda keçiriləcək səfər qarşılaşması danimarkalı hakimlərə həvalə olunub.

Dekabrın 13-dəki matçı Yens Qrabski Maae idarə edəcək. Onun koməkçiləri Lars Hummelqaard və Heyne Sorensen olacaq. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək.

Qeyd edək ki, Arsenal stadionundakı matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.