Ronaldo: “Qızıl top” hər il mənə verilməlidir”


İdman 10 Dek 2018 14:30:00 299 0

Ronaldo: “Qızıl top” hər il mənə verilməlidir”

Juventus-un hücumçusu Kriştiano Ronaldo sükutu pozub.

Goal.az xəbər verir ki, portuqaliyalı ona çatmalı olan mükafatın başqasına verildiyini deyib.

“Hesab edirəm ki, “Qızıl top” hər il mənə verilməlidir. Buna layiqəm. Bu il mükafatı mənə vermədilərsə, bu, dünyanın sonu deyil. Özümü bədbəxt saymıram. Rəqəmlər yalan demir. Dünyanın ən yaxşı klubunda oynayıram. Modriçi təbrik edirəm. Gələn il yəqin ki, onunla bir daha qarşılaşacağıq. Əlimdən gələni edəcəyəm ki, “Qızıl top”u əlimdən almasınlar”, - portuqaliyalı deyib.