Nazir: "Azərbaycanda alternativ enerji sahəsində yeni generasiya qurğuları yaradılır" FOTO


Digərləri 10 Dek 2018 13:59:00 442 0

Nazir: "Azərbaycanda alternativ enerji sahəsində yeni generasiya qurğuları yaradılır"  FOTO

Bu gün Azərbaycanda enerji istehsalının 18 faizi alternativ enerjinin payına düşür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy" mövzusunda beynəlxalq forum zamanı energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, "yaşıl iqtisadiyyat" Azərbaycanda inkişafı nəzərdə tutulan yeni və vacib sahədir:

"Bu istiqamətin vacib hissəsi alternativ energetika və enerjinin səmərəli istifadəsidir. Ənənəvi energetika artıq "yaşıl enerji"yə uduzmağa başlayır".


Xəbərə aid fotolar