"Sənətimi ataram" Ailə qurmaq istəyən


Şou-biznes 10 Dek 2018 13:41:00 343 0

"Sənətimi ataram"  Ailə qurmaq istəyən

ARB TV-nin "Səhər-Səhər" verilişininin növbəti qonağı müğənni Türkan Vəlizadə olub. Son.az bildirir ki, ifaçı gözünün birinin güldüyünü, digərinin isə hər zaman ağladığını dilə gətirib:   "Bizim sənətimiz elə sənətdir ki, bir gözümüz gülür, biri isə ağlayır. Səhhətimlə əlaqəli əməliyyatlar keçirdim deyə, hələ indi-indi özümə gəlirəm. Mən dərdi ürəyimdə saxlayan adamam. Şükür ki, Allah elə böyük dərd verməyib. Ən böyük dərdim qəza keçirməyim idi. Gözəl, tərbiyəli ailəm var, işim, səhhətim yerindədir. Allahın bugünkü gününə şükür olsun". Türkan ailə qurmaq istəyindən də söz açıb: "Ailə qurmaq üçün normal, bizim sənətimizi başa düşən və ailəsini dolandıra bilən biri olmalıdır. Əgər elə bir insan çıxsa və desə ki, "Mən səninlə ailə qurmaq istəyirəm, ailəmi dolandırmağa hazıram, amma sənətini at" mən 100 faiz, günü bu gün sənəti ataram. Gedib ailəmə baxaram. Çünki hər zaman istəmişəm ki, çox gözəl bir ailəm olsun". 

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto