Milan İbrahimoviçdən əlini üzdü


İdman 10 Dek 2018 13:16:00 295 0

Milan İbrahimoviçdən əlini üzdü

İbrahimoviçin Milan-a qayıdışı baş tutmayacaq.

Goal.az xəbər verir ki, klubun idman direktoru Leonardo belə deyib.

“Zlatan geri qayıtmayacaq. Bunu dəqiq bilirəm. Los-Angeles Galaxy ilə yeni müqavilə bağlayıb. Onu gətirmək istəyirdik. Amma dedi ki, şərtləri qəbul edilsə, Galaxy-dən ayrılmayacaq. Belə də oldu. Transfer planımız baş tutmadı. Təəssüflənirəm. Chelsea-dan Fabreqası əldə etmək istəyirik. Hələlik danışıqlar aparılmır. Mümkün variantları öyrənirik. Ümid edirəm ki, razılaşma olacaq”,- direktor bildirib.