Tbilisidə torpaqlarının əcnəbilərə satılmasına etiraz olaraq aksiya keçirilib


Dünya 10 Dek 2018 12:51:00 453 0

Tbilisidə torpaqlarının əcnəbilərə satılmasına etiraz olaraq aksiya keçirilib

Tbilisidə Ədliyyə Evinin binası qarşısında kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılmasına etiraz olaraq aksiya keçirilib.

Son.az report-a istinadən xəbər verir ki, aksiyanı "Gürcü marşı" radikal millətçi hərəkatı təşkil edib.

Etirazçılar Konstitusiya Məhkəməsinin ötən həftə qəbul etdiyi qərara etiraz edərək bunun antixalq xarakterli olduğunu bildiriblər. Onlar Ədliyyə Evinə daxil olmağa cəhd göstərsələr də, mühafizəçilər bunun qarşısını alıb.