“Ermənistanın sözü əməlinə düz gəlmir”


Dünya 10 Dek 2018 12:40:00 525 0

“Ermənistanın sözü əməlinə düz gəlmir”

Rusiya Dumasının deputatı, Ermənistanın Moskvadakı əsas lobbiçlərindən biri sayılan Konstantin Zatulin Nikol Paşinyan hakimiyyətini tənqid edib.

Son.az modern.az-a istinadən xəbər verir ki, "Komsomolskaya Pravda" qəzetinə açıqlaması zamanı "Paşinyan Putinlə bir neçə görüşdə iştirak edib. Rusiya heç vaxt erməni tərəfdaşları ilə məsləhətləşmədən yayınmayıb. Amma mən əmin oluram ki, hazırkı situasiyada sözlə əməl arasında ciddi fərq var. Onlar Rusiya-Ermənistan münasibətlərinin heç vaxt indiki qədər yaxşı olmadığını deyirlər, amma Ermənistandakı Rusiya Dəmir Yollarına qarşı cinayət işi açırlar və "Qazprom"la bağlı araşdırmaya start verirlər" deyib.