Nazir: Azərbaycanda alternativ enerji sahəsində yeni generasiya qurğuları yaradılır (FOTO)


Digərləri 10 Dek 2018 12:42:00 605 0

Nazir: Azərbaycanda alternativ enerji sahəsində yeni generasiya qurğuları yaradılır (FOTO)

Bu gün Azərbaycanda enerji istehsalının 18 faizi alternativ enerjinin payına düşür

Bakı. Sara İsrafilbəyova - Bu gün Azərbaycanda enerji istehsalının 18 faizi alternativ enerjinin payına düşür. Trend-in məlumatına görə, bunu aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum zamanı energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, “yaşıl iqtisadiyyat” Azərbaycanda inkişafı nəzərdə tutulan yeni və vacib sahədir: “Bu istiqamətin vacib hissəsi alternativ energetika və enerjinin səmərəli istifadəsidir. Ənənəvi energetika artıq “yaşıl enerji”yə uduzmağa başlayır”.