Tehranda Xəzərdə əməkdaşlıq və təhlükəsizlik üzrə görüş keçirilir


Siyasət 10 Dek 2018 12:37:00 260 0

Tehranda Xəzərdə əməkdaşlıq və təhlükəsizlik üzrə görüş keçirilir

İranın paytaxtı Tehranda Xəzər dənizində əməkdaşlıq və təhlükəsizlik üzrə dördüncü görüş işə başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda İran, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndələri iştirak edir. İclas sabah da davam edəcək.

İclasda Xəzər dənizində gəmilərin təhlükəsizliyi, axtarış və xilasetmə məsələlərində mexanizmləri yaxşılaşdırılması, dəniz əməliyyatı, gəmilərə nəzarət və onların yoxlanılması haqda hüquqi imkanlardan faydalanmaq üzrə məsələlər araşdırılacaq.