Robben karyerasını bitirir?


İdman 10 Dek 2018 12:36:00 273 0

Robben karyerasını bitirir?

Bayern Münich-in yarımmüdafiəçisi Aryen Robben mövsümün sonunda klubdan ayrılacağının dəqiqləşdiyini deyib.

Goal.az xəbər verir ki, futbolçu burada son günlərini yaşadığını bildirib.

“Bayern Münich kimi bir klubdan ayrılmaq qərarı bir gecədə verilə bilməz. Uzun müddət düşündüm. Mənə elə gəlir ki, indi əsil vaxtdır. Rəhbərlik qərarıma etiraz etmədi. Bir aydan sonra klubdan gedəcəyəm. Əgər başqa yerdən məni tam qane edən təklif alsam, davam edəcəyəm. İdeal təklif olmasa karyeramı bitirəcəyəm”, - yarımmüdafiəçi deyib.