Dənizə düşən şəxs xilas edildi


Digərləri 10 Dek 2018 12:37:00 224 0

Dənizə düşən şəxs xilas edildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Bakı. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.