Benites hakimdən narazı qaldı


İdman 10 Dek 2018 12:17:00 277 0

Benites hakimdən narazı qaldı

Newcastle-nin baş məşqçisi Rafael Benites Premyer Liqanın 16-cı turunda Wolverhampton-la matçın(1:2) hakimindən narazı qalıb.

Goal.az xəbər verir ki, ədalət təmsilçisi Mayk Din 57-ci dəqiqədə Newcasle-nin müdafiəçisi Deandre Yedlini qırmızı vərəqə ilə cəzalandırıb. “Premyer Liqada VAR sistemi mütləq tətbiq olunmalıdır. Bu sistem olsaydı oyunun taleyi başqa cür olacaqdı. 57-ci dəqiqəyə qədər matça tam nəzarət edirdik. Azlıqda qalmağımız qələbəni əlimizdən aldı. Hakimin kobud səhvi hər şeyi məhv etdi. Fanatlara nə deyək? Məğlubiyyətin səbəbini necə izah edək? Həmin an top qapıdan çox uzaqda idi. Yedlini qaydanı pozmuşdu. Lakin adi qayda pozuntusuna görə qırmızı kart göstərmək kobud səhv idi. Videotəkrar mənim dediyimi təsdiq edərdi”,- baş məşqçi deyib.