Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir


Digərləri 10 Dek 2018 12:16:02 572 0

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forumda iştirak edir

Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir.

Bakı. Dekabrın 10-da Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir. Trend-in məlumatına görə, Kənd Təsərrüfatı və Energetika nazirliklərinin birgə təşkilatçılığı ilə ADA Universitetində keçirilən forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva, dövlət qurumlarının rəsmiləri, fermer təsərrüfatlarının rəhbərləri, yaşıl texnologiyalar üzrə xarici ekspertlər, startap və texnoloji şirkətlərin nümayəndələri, özəl sektorun təmsilçiləri iştirak edir. “Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır.