Orta təhsilini bitirə bilməyənlər üçün eksternat imtahanları keçiriləcək


Digərləri 10 Dek 2018 12:01:00 471 0

Orta təhsilini bitirə bilməyənlər üçün eksternat imtahanları keçiriləcək

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub tam orta təhsilini bitirə bilməyən şəxslər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə buraxılış imtahanı verərək həmin səviyyə üzrə müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 7-8 yanvar 2019-cu il tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.