Göygöldə 22 yaşlı oğlan bıçaqlandı


Digərləri 10 Dek 2018 11:43:00 234 0

Göygöldə 22 yaşlı oğlan bıçaqlandı

Göygöl rayonunda bıçaqlanma olub.

Son.az report-a istinadən xəbər verir ki, Göygöl sakini 1996-cı il təvəllüdlü Ruslan Adil oğlu Məmmədov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Çoxsaylı bıçaq yarası alan R.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil.