AtaTravel və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb (FOTO)


Digərləri 10 Dek 2018 11:42:00 260 0

AtaTravel və “Edem Resort”un yeniilqabağı aksiyası start götürüb (FOTO)

Yeni il bayramları və qeyri-iş günləri ərəfəsində Azərbaycanın qabaqcıl turoperatorlarından biri olan “AtaTravel” və “Edem Resort Medical & SPA” məşhur Ukrayna Bərpa Mərkəzinin birgə xüsusi aksiyası start götürüb.

Bakı. Yeni il bayramları və qeyri-iş günləri ərəfəsində Azərbaycanın qabaqcıl turoperatorlarından biri olan “AtaTravel” və “Edem Resort Medical & SPA” məşhur Ukrayna Bərpa Mərkəzinin birgə xüsusi aksiyası start götürüb. Müalicəni rahat istirahət ilə birləşdirmək istəyənlər üçün əlverişli təkliflər zərfi hazırlanıb. "Edem Resort" Bərpa mərkəzi Qərbi Ukraynanın həqiqətən cənnət guşəsində yerləşir. Karpat dağlarının təmiz havası, gözyaşı kimi şəffaf suyu ilə seçilən mənzərəli göl, meşə və mülayim iqlim – təbiətin özü insanı dincəlməyə, təkliyə və harmoniyaya çağırır. "Edem Resort Medical & SPA"nın ərazisində Morşin, Sxodnitsk, Mirqorod mineral suları, bioneft və özünün bulağı daxil olmaqla, qonaqlara müalicəvi mineral suların doqquz əsas tipini təklif edən unikal su qurğusu (büvet) işləyir. Su qonağın elektron kartı ilə bu qurğudan verilir və onun həkimi tərəfindən təyin edilmiş temperaturla tənzimlənir. "Edem Resort Medical & SPA"nın nümayəndəsi İqor Stanqertin sözlərinə görə, hazırda “Sidikqovucu sistemin və böyrəklərin bərpası” və “Mədə-bağırsaq traktının və qara ciyərin bərpası” ilə bağlı yeni proqramlar işlənib hazırlanmışdır. Proqramlar klassik tibbin bərpanın kurortoloji metodları ilə əlaqələndirilməsinə əsaslanır. Həkim məsləhəti və müşahidəsi, ultrasəs diaqnostikası, laborator tədqiqatlar profilaktik müalicənin müasir metodları ilə birlikdə gözəl nəticə verir. "Edem Resort"un zərif otaqlarında dəbdəbəliklə rahatlıq, zərif rənglər və eksklüziv mebel vəhdət təşkil edir. Gölə açılan mənzərə ilə səhər qəhvəsi, günorta saatlarında spa prosedurları fasilələrində istirahət və ya axşamlar xoş ünsiyyət özünüzü rahat və dincəlmiş hiss etməyə imkan yaradacaq. Bundan başqa, bura gələnlər "Edem Resort"da aşağıdakı əsas proqramları seçə bilər: