“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 10 Dek 2018 11:01:58 228 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çin arasında siyasi gərginliyin yenidən artması və ABŞ-da iqtisadi göstəricilərin zəif açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub. EUR/USD məzənnəsi də nəticədə 1.14$-a kimi bahalaşıb. Təhlillərə əsasən, qiymət keçən həftənin maksimum səviyyəsi üzərində qalarsa, 1.15$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, çərşənbə və cümə axşamı müvafiq olaraq saat 17:30 baş tutacaq Avropa Mərkəzi Bankının mətbuat konfransı və açıqlanacaq Amerikanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. GBP GBP/USD məzənnəsi də çərşənbə axşamı baş tutacaq İngiltərə parlamentində Breksit razılaşması səs verməsi öncəsi 1.27$-a kimi bahalaşıb. Qiymət bu səviyyənin üzərində qaldıqca, 1.28$-a kimi də bahalaşa bilər. TRY