UNEC tələbələri "Gənc investor 2018" III simulyasiya yarışında ilk üç yerin qalibi oldu (FOTO)


Digərləri 10 Dek 2018 10:43:46 199 0

UNEC tələbələri "Gənc investor 2018" III simulyasiya yarışında ilk üç yerin qalibi oldu (FOTO)

Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə III simulyasiya yarışı keçirilib.

Bakı. Gənclər və İdman Nazirliyinin və Bakı Fond Birjasının (BFB) birgə təşkilatçılığı ilə III simulyasiya yarışı keçirilib. Trend-in məlumatına görə, "İnkişaf bi(r)likdədir!" devizi altında birja ticarəti üzrə keçirilən "Gənc investor 2018" III simulyasiya yarışında UNEC-in tələbələrindən ibarət komandalar da iştirak edib. Simulyasiya yarışı komandalar arasında master-klass təliminin keçirilməsi və birja simulyatoru ilə əməliyyatların aparılması mərhələsindən ibarət olub. Yarışda 19 komanda maliyyə bazarındakı prosesləri modelləşdirib, qiymətli kağızlarla əməliyyat apararaq virtual gəlirlərini artırıblar. Müsabiqənin sonunda UNEC-in “Inside Wall Street", “Finans scope” və “Big for” komandaları virtual gəlir məbləğinə görə daha çox mənfəət əldə edərək ilk üç yerin qalibi seçiliblər.