Deputat: "Ermənistanda seçkilərin antidemokratik və qeyrişəffaf şəkildə keçirilməsi açıqaydın ortadadır"


Siyasət 10 Dek 2018 10:39:00 234 0

Deputat: "Ermənistanda seçkilərin antidemokratik və qeyrişəffaf şəkildə keçirilməsi açıqaydın ortadadır"

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində cəmi 48,63 faiz seçici verib. Səbəb isə birdir: siyahıdakı 2,6 milyon seçicinin böyük əksəriyyəri ölkədə yoxdur.

Son.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, səs verən insanların əksəriyyəti yaşlılardır: "Əvvəlki hakimiyyətlərin "böyük Ermənistan" siyasəti əhalinin normal yaşayış üçün bütün dünya boyunca səpələnməsinə səbəb olub. Ölkədə yaşayan əhalinin sayı obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar. Ermənistanda olanlar da burada məcburiyyətdən qalıblar və hakimiyyətə inamları yoxdur".

Deputat qeyd edib ki, seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi də açıq-aydın ortadadır.

A.Mirzəzadə əlavə edib ki, Azərbaycana qarşı işğal siyasəti ilk növbədə Ermənistanın özünə faciə yaşadır və yaşadacaq.