BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib


Digərləri 10 Dek 2018 10:37:17 227 0

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib

Böyük Britaniyanın International Finance jurnalı 2018-ci ilin ən yaxşılarını müəyyən edib.

Bakı. Böyük Britaniyanın International Finance jurnalı 2018-ci ilin ən yaxşılarını müəyyən edib. Mobil bank xidmətləri kateqoriyasında Kapital Bank-ın BirBank tətbiqi “Ən innovativ mobil bank” adına layiq görülüb. International Finance jurnalı 2013-cü ildən etibarən hər il bank, sığorta, texnologiya sahələri daxil olmaqla müxtəlif kateqoriyalarda yaxşıları müəyyən edir. BirBank tətbiqini 300 000 nəfərdən artıq istifadəçi App Store və Play Store-dan yükləyib. Hal-hazırda iOS və Android əməliyyat sistemləri BirBank-ı yüklənmə sayı, istifadə dərəcəsi və istifadəçi rəyləri əsasında maliyyə sektorunun ən yaxşı tətbiqi olduğunu bildirərək, müştərilərə tövsiyə edir. Həmçinin tətbiq vasitəsilə Azərbaycanda ilk dəfə olaraq QR Pay ödəniş sistemində ödənişlər həyata keçirmək mümkündür. QR Pay vasitəsilə BirBank istifadəçiləri mağazalarda kart olmadan ödəniş edə bilirlər. Bunun üçün kassalarda olan xüsusi posterdəki QR şifrəni, smartfonun kamerası ilə skan etmək lazımdır.