Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətini Lavrov açıqladı


Digərləri 10 Dek 2018 10:05:00 215 0

Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyətini Lavrov açıqladı

Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiq etməsidir

Bakı. Xəzərin hüquqi statusuna dair Konvensiyanın əsas nailiyyəti dənizində baş verən hər bir şeyə görə beş dövlətin öz məsuliyyətini təsdiq etməsidir, bu sənəd Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə əməkdaşlığının inkişafına güclü təkan verəcək. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran liderlərinin sammiti keçirilib ki, zirvə toplantısının yekunu üzrə region üçün tarixi sənəd - Xəzər dənizinin statusuna dair Konvensiya imzalanıb.