10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür


Digərləri 10 Dek 2018 09:52:00 277 0

10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür

10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür.

Bakı. 10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür. Trend-in məlumatına görə, bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir. Dünya ictimaiyyəti tərəfindən tanınan yeni növ insan hüquqlarının siyahısı ilbəil artır. Bu gün dünya artıq insanın ekoloji hüququnu tanımaqdadır, gələcək nəsillərin ləyaqətlə və layiqincə yaşamaq hüququ müzakirə edilir. Bu günə qədər insan hüquqları üzrə yeni-yeni sənədlər hazırlanır və qəbul edilir.