Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır


Digərləri 10 Dek 2018 09:58:00 211 0

Deputat: Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır

Ermənistanda seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi açıq-aydın ortadadır.

Bakı. Elçin Mehdiyev – Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində cəmi 48,63 faiz seçici verib. Səbəb isə birdir: siyahıdakı 2,6 milyon seçicinin böyük əksəriyyəri ölkədə yoxdur. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, səs verən insanların əksəriyyəti yaşlılardır: “Əvvəlki hakimiyyətlərin "böyük Ermənistan" siyasəti əhalinin normal yaşayış üçün bütün dünya boyunca səpələnməsinə səbəb olub. Ölkədə yaşayan əhalinin sayı obyektiv hesablansa, indikindən qat-qat aşağı rəqəm alınar. Ermənistanda olanlar da burada məcburiyyətdən qalıblar və hakimiyyətə inamları yoxdur”. Deputat qeyd edib ki, seçkilərin antidemokratik və qeyri-şəffaf şəkildə keçirilməsi də açıq-aydın ortadadır. A.Mirzəzadə əlavə edib ki, Azərbaycana qarşı işğal siyasəti ilk növbədə Ermənistanın özünə faciə yaşadır və yaşadacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin