Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edilib (FOTO)


Digərləri 10 Dek 2018 09:40:00 244 0

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edilib (FOTO)

Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib.

Bakı. Xəzər dənizinin cənub istiqa­mətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gə­mi­si tərəfindən Salyan reydi Karaqedov bankasının şimalında, sa­hildən 8,3 mil məsafədə hərəkətsiz balıqçı qayığında 2 nəfərin avar ilə “kömək edin” işarəsini göstərmələri müşahidə edilib. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd gözətçi gəmisi tərəfindən keçirilən xilasetmə tədbiri nəticəsində texniki nasazlıq səbəbindən dənizdə qalan “MA-10181” bort nömrəli “Yamaha - 40” mühərrikli balıqçı qayığı yedəyə alınıb və 2 nəfər balıqçı xilas edilb.