Kolumbiya televiziyasının təmsilçiləri ölkəmiz barədə sənədli filmin hazırlanması arzusunu bildiriblər


Digərləri 10 Dek 2018 08:38:11 178 0

Kolumbiya televiziyasının təmsilçiləri ölkəmiz barədə sənədli filmin hazırlanması arzusunu bildiriblər

Dekabrın 8-də Azərbaycanın Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib.

Bakı. Dekabrın 8-də Azərbaycanın Boqotadakı səfirliyi Kolumbiyanın “ColPrensa”, “Caracol”, “El Tiempo”, “Diariolaeconomia”, “La semana” və digər nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri, eyni zamanda radio və televiziya aparıcıları ilə görüş keçirib. Trend-in məlumatına görə, görüşdə müvəqqəti işlər vəkili Həmid Zeynalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi barədə, həmçinin ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları haqqında ətraflı məlumat verib, Azərbaycanın mədəni turizm potensialını və mətbəxini əks etdirən broşürlar tədbir iştirakçılarına paylanılıb. Tədbirin davamı olaraq KİV nümayəndələrinə nümayış edilmiş “Hidden Cities Revealed: Baku” və “Objetivo Baku” sənədli filmlər böyük maraq ilə izlənilib, televiziya təmsilçiləri ölkəmiz barədə sənədli filmin hazırlanması arzusunu bildiriblər. Daha sonra iştirakçılar milli mətbəximizin ləziz nümunələrini ilə tanış olublar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin