Sərxoş piyadanı avtomobil vurub


Digərləri 10 Dek 2018 07:48:00 215 0

Sərxoş piyadanı avtomobil vurub

Qazax rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, hadisə yerli Hacıməmmədov Nurlan Məcid oğlunun "VAZ" markalı avtomobillə Aslanbəyli kəndi ərazisində hərəkətdə olan zaman qeydə alınıb.

Rayonun 1954-cü il təvəllüdlü Yuxarı Salahlı kənd sakini Umudov Abdulla Meydanəli oğlu sərxoş halda qəflətən avtomobilin önünə çıxıb. Nəticədə maşın onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada elə sürücü tərəfindən Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə çatdırılıb.

Onun vəziyyətinin hazırda orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.