Makron aksiya iştirakçılarına yeni təkliflərlə çıxış edəcək FOTO


Dünya 10 Dek 2018 07:21:00 254 0

Makron aksiya iştirakçılarına yeni təkliflərlə çıxış edəcək  FOTO

Bu gün axşam saatlarında Fransa prezidenti Emmanuel Makron televiziya vasitəsilə "Sarı jiletlilər"in tələblərinə uyğun olaraq hazırlanan yeni tədbirlər planını açıqlayacaq. O, səkkiz günlük sükutdan sonra əhalinin alış qabilliyyətinin artırılmasına kömək edəcək yeni tədbirləri təqdim edəcək.

Son.az "report"-a istinadən bildirir ki, tədbirlər planında hökumətin minimum əməkhaqqını artırmaq əvəzinə, azmaaşlı əhaliyə, eləcə də, işə maşınla gedən fransızların 70 faizinə şamil oluna biləcək mobilllik mükafatlar vəd edəcəyi gözlənilir.

Ehtimala görə, yerli hökumət xüsusilə yaşlıların minimum təqaüdünü artıracaq, həmçinin yaşayış yerinə görə ödənilən vergi azaldılaraq əvvəlki hökumətin dövründəki şərtlərə qaytarılacaq və gəlir vergisi isə azaldılacaq.

Az ehtimal olunsa da, işlənilən əlavə saatlar keçmiş prezident Nikola Sarkozinin dövründə olduğu kimi vergidən azad ediləcəyi də mümkündür.

Daha bir ehtimal yaşamaq üçün ən zəruri hesab olunan mallara tətbiq edilən istehlak vergi növü olan əlavə dəyər vergisinin (ƏDV) azaldılacağıdır.


Xəbərə aid fotolar