Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?


Digərləri 10 Dek 2018 07:00:00 377 0

Soyuq havalarda saç və üz dərisinə necə qulluq etməli?

Hər fəsil kimi qışda da saç və üz dərisinə qulluq etmək önəmlidir. Soyuq havalarda mənfi təsirlər daha çox ola bildiyi üçün bu havalarda diqqət daha çox olunmalıdır.

Son.az bildirir ki, kosmetoloq İlhamə Abbasova oxu.az-a qışda dəriyə necə qulluq etməli olduğumuzdan danışıb: 

"Soyuq havalar dəriyə mənfi təsir edir, dəri quruyub qabıq verir. Buna görə də qışda qidalandırıcı kremlərdən istifadə etmək, havaya çıxmazdan bir saat öncə krem çəkmək mütləqdir.

Dərini qurutduğu üçün toz pudradan istifadə etmək məsləhət deyil. Skrabları tez-tez istifadə etmək olmaz. Yağlı dəriyə sahib insanlar həftədə bir dəfə, quru dərililər iki həftədə bir dəfə istifadə edə bilərlər. Quru dərili xanımların üzlərini su ilə yox, xüsusi təmizləyici südlə təmizləmələri məsləhətdir. 

Dodaqlara da qulluq lazımdır, balzam və ya yağlı dodaq boyası istifadə olunmalıdır. Əllərə qidalandırıcı krem vurmaq zəruridir". 

Kosmetoloq qışda saçlara qulluğun, papaq taxmağın önəmindən söz açıb: