Məşhur müğənninin xəstə uşaqla görüşü hamını ağlatdı VİDEO


Digərləri 10 Dek 2018 05:30:00 326 0

Məşhur müğənninin xəstə uşaqla görüşü hamını ağlatdı  VİDEO

Məşhur müğənni Haluk Ləvənt İzmirin Qarabağlar rayonunda çox nadir "Epidermolysis Bullosa" xəstəliyi ilə anadan olan 11 yaşlı Elfida Gündüzü teatr səhnəsinə dəvət edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, , dram kursuna gedən Elfida bir neçə həftə əvvəl Karşıyaka bələdiyyə sədri Hüseyin Mutlu Akpınarın qonağı olmuşdu və özü yazdığı pyesin səhnəyə qoyulmasını istəmişdi. Akpınarın dəstəyi ilə Elfida kurs yoldaşları ilə birlikdə "Kelebek etkisi" adlı pyesini səhnələşdirdi.

Elfida xəstəliklə mübarizəsini, xəyallarını və sevinclərini uğurlarını səhnələşdirdi və tamaşaçıların alqışını qazandı. Bələdiyyə sədri də kiçik bir rol ilə səhnəyə çıxmışdı və Haluk Ləvənt sürprizi ilə Elfidanı daha da sevindirdi.

Akpınarın istəyi ilə gözlərini bağlayan Elfida bir anda gözünü açanda ən çox sevdiyi müğənnini gördü. Müğənni "Elfida" adlı mahnını Gündüz üçün oxudu. Haluk Ləvənt deyib: